Yəhudilərin irsinə həsr olunan konfrans multikulturallıq baxımından əhəmiyyətlidir - Kamal Abdulla

22:46 30.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda elm bayramı hökm sürür. Buna görə israilli dostlara, həmkarlara öz təşəkkürümü bildirirəm.

Bu sözləri "Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti" mövzusunda keçirilən beynəlxalq elmi konfransa həsr olunan ziyafətdə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla söyləyib.

O qeyd edib ki, bu gün keçirilən konfrans multikulturallıq baxımından çox əhəmiyyətlidir.

"Azərbaycan müstəqilliyi və suverenliyi yolunda çoxlu şəhid verib. Onların arasında yəhudilər də var. Yəhudi əsilli tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovu qeyd edə bilərik",- deyə Kamal Abdulla bildirib.